CƏMİYYƏT


Gömrükçülər qızıl məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb

Bakı, 24 iyun, AZƏRTAC

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Balacayev Səməd Məhəmməd oğlu gömrük nəzarəti zonasına daxil olarkən hərəkətləri gömrükçülərdə şübhə yaratdığından o, baqajının içərisindəki mallarının yoxlanılması və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub. Bu zamanı Səməd Balacayevə məxsus çamadanın içərisindəki paltarların arasından, kiçik həcmli parça və sellofan paketlərin içindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və yazılı formada bəyan olunmayan, bəzilərinin üzərlərində qaşlar olan 2 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd qolbaq, 1 ədəd üzərində “POCCИЯ 50 г золото 999,9 N M4.9365” sözləri həkk olunmuş külçə, 1 ədəd üzərində “Tiffany 8 Co. 1995 İtaly” sözləri həkk olunmuş qolbaq, sırğa, üzük dəsti və 5 ədəd kolye aşkar edilib.

Aşkar olunan əşyalarla bağlı fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası təyin olunub və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən, ekspertizaya təqdim edilən 1 ədəd üzüyün metal hissəsi 585 əyarlı qızıldan, 1 ədəd külçə 999 əyarlı qızıldan, digər zərgərlik məmulatlarının metal hissələri 750 əyarlı qızıldan hazırlanıb, ümumi çəkisi 519,32 qram təşkil edir və məmulatlarin qaşları brilyantdır.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.