CƏMİYYƏT
Gömrükçülər siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar
Bakı, 28 dekabr, AZƏRTAC
Gömrükçülər siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı minik avtomobili idarənin “Qoşa Təpə” gömrük postunun qarşısındakı terminalın həyətində saxlanılıb. Baxış zamanı avtomobilin yük yerində Azərbaycan Respublikasının aksiz markasıyla markalanmayan 22 min 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.