CƏMİYYƏT
Gömrükçülər vətəndaşın daxili orqanında narkotik vasitə aşkarlayıblar
Bakı, 31 may, AZƏRTAC
Gömrükçülər iki ədəd bağlamada narkotik vasitələr aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb və üzərində fərdi yoxlama aparılıb.
Yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində həmin şəxsin daxili orqanında yerləşdirilən iki ədəd bağlamada narkotik vasitələr - xalis çəkisi 222,565 qram olan heroin və 12,545 qram tiryək aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.