DÜNYA


“Google Docs” xidmətinin “Android” versiyasında şəkillərin redaktəsi funksiyası istifadəyə verilib

Bakı, 31 yanvar, AZƏRTAC

İstifadəçilərin əksəriyyəti ofis sənədləri ilə işləmək üçün “Microsoft Office” proqram paketinə üstünlük verir. Amma “Google” şirkəti daima öz xidmətlərini təkmilləşdirir. “Google Docs” servisində son yeniləmədə “Android” mobil əməliyyat sistemi üçün çoxdan gözlənilən bir neçə funksiya istifadəyə verilib. Yeni versiyadan istifadə edənlər şəklin ölçüsünü, yerini dəyişdirə bilər. Həmçinin mətnin yerini dəyişmək, yuxarı və alt kolontitulları qoymaq imkanı yaranıb. Əvvəllər belə imkan yalnız xidmətin onlayn versiyasında əlçatan idi.

AZƏRTAC "4pda.ru" saytına istinadən xəbər verir ki, sənədə yerləşdirilmiş şəkillərin redaktəsi üçün tətbiqdə “Şəkil” vərəqi istifadəyə verilib. Qeyd edək ki, sənədə şəkil əlavə edilmədiyi halda bu vərəq görsənməyəcək. Mətni sürüşdürmək üçün onu seçmək və barmağın köməyi ilə lazımi yerə aparmaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.