DÜNYA


“Google Play” yükləmələrin sayına görə “App Store”u iki dəfə üstələyir

Bakı, 31 iyul, AZƏRTAC

"App Annie" şirkəti 2017-ci ilin ikinci rübü üçün yeni tədqiqat apararaq "Google Play" əlavələr mağazasında yükləmələrin sayının 15 milyardı ötməsini açıqlayıb. Bu, "App Store" əlavələr mağazasından 135 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, məlumata görə, "App Store" ən gəlirli əlavələr mağazası olmaqla bu göstərici üzrə "Google Play" mağazasını 95 faiz üstələyir.

Analitiklər "Google Play" mağazasının uğurunu Hindistan və Braziliya kimi inkişaf etməkdə olan bazarlarda smartfonların sayının artması ilə izah edirlər. Braziliya artıq yükləmələrin sayına görə ABŞ-ı geridə qoyub.

Qeyd olunur ki, "App Store" ən gəlirli mağaza adını "iOS" sisteminin qapalılığı və ödəniş qabiliyyətinə malik çoxsaylı istifadəçilər sayəsində stabil saxlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.