DÜNYA


“Google Translate” cümlələrin tərcüməsində neyron şəbəkəsindən istifadəyə başlayıb

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC 

"Google" şirkəti son zamanlar öz xidmətlərində neyron şəbəkəsindən istifadəyə başlayıb. İndi "Google Translate" xidməti müasir texnologiyaların sayəsində bütöv cümləni tərcümə etməyi öyrənib. Bundan əvvəl xidmət ayrı-ayrı sözləri və ifadələri tərcümə etdiyinə görə çox vaxt cümlənin mənası düzgün alınmırdı. Hazırda "Google Translate" neyron kompüter tərcümə texnologiyasının tətbiqi sayəsində cümlələri dəqiq tərcümə etmək üçün onları tam təhlil edir.

AZƏRTAC "4pda.ru" saytına istinadən xəbər verir ki, hazırda neyron şəbəkəsinin köməyi ilə tərcümə yalnız 8 dildə - ingilis, fransız, alman, ispan, portuqal, Çin, yapon, Koreya və türk dillərində əlçatandır. "Google" şirkəti mövcud bütün dillərin dəstəyini reallaşdırmağı planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.