DÜNYA
“Google” axtarış nəticələrində videoların önbaxışını göstərməyə başlayıb
Bakı, 21 avqust, AZƏRTAC
ABŞ-da “Android” sistemi ilə işləyən smartfonların sahibləri “Google Chrome” brauzerinin yeni versiyasında axtarış nəticələrində videoların önbaxışının avtomatik, amma səssiz göstərilməsinin şahidi olublar.
AZƏRTAC xəbər verir ki, hazırda bu yenilik yalnız ingilis dilli çarxları dəstəkləyir və ABŞ ərazisində işləyir. Ancaq yaxın gələcəkdə bütün dünyada əlçatan olacaq. Həmçinin “iOS” sistemi ilə işləyən cihazlarda videoların önbaxışını görmək mümkün olacaq.
Qeyd edək ki, yeni funksiya yalnız “Wi-Fi” moduluna qoşulma zamanı işləyəcək ki, istifadəçinin internet trafiki boş yerə sərf olmasın. Həmçinin sazlamalardan videoların avtomatik göstərilməsini deaktiv etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]