ELM VƏ TEXNOLOGİYA


“Google” axtarış sisteminə dəyişiklik edəcək

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Dünyanın ən böyük axtarış platforması olan “Google” şirkəti axtarış sistemində tezliklə köklü dəyişikliklər etmək niyyətindədir.

AZƏRTAC “Search Engine Land” saytına istinadla xəbər verir ki, dəyişikliklər smartfon və planşetlərin axtarış sistemində səmərəliliyi artırmaq məqsədilə həyata keçiriləcək. Şirkətin əməkdaşı Qeri İlles deyib: “Dəyişikliyin ediləcəyi vaxt dəqiq məlum deyil. Bunun bir neçə ay sonra reallaşacağı ehtimal edilir. Bu yeniliklə gələcəkdə veb-saytların daha da yüksək səviyyədə təşkilinə və axtarış sisteminin təkmilləşməsinə nail olunacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.