ELM VƏ TEXNOLOGİYA


“Google” əlavə reallıq sistemini təqdim edib

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

“Google” şirkəti mobil qurğular üçün “Tango” adlı əlavə reallıq sistemini təqdim edib. Hələlik sistem yalnız yeni satışa çıxarılan “Lenovo Phab2 Pro” smartfonlarında işləsə də, növbəti ildə bu kimi qadjetlərin sayının artırılması nəzərdə tutulub.

AZƏRTAC psm7.com saytına istinadla xəbər verir ki, əlavə reallıq əsasən oyunlara tətbiq olunur. Lakin “Tango”nun imkanları bununla məhdudlaşmır. Məsələn, “iStaging” proqramı müştərilərin evində mebelin necə görünəcəyini nümayiş etdirmək imkanına malikdir. “Tango”nun potensialının bu istiqamətdə inkişaf etdirilməsi internet-mağazalarda alış-verişin daha rahat olmasına şərait yaradacaq.

Bəzi şirkətlər artıq geyimlər üçün əlavə reallıqdan istifadə edir. Banklarda isə şöbələrin müasirləşdirilməsi üçün bu texnologiyadan istifadə olunması planlaşdırılır.

Qeyd edək ki, hazırda “Tango” 35 proqram vasitəsilə dəstəklənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.