İQTİSADİYYAT


“Google” hesabda şübhəli aktivlik barədə real vaxt rejimində xəbərdarlıq edəcək

A+ A

Bakı, 3 avqust, AZƏRTAC

“Google” hesabda şübhəli aktivlik barədə real vaxt rejimində xəbərdarlıq edəcək.

AZƏRTAC “4pda.ru” saytına istinadla xəbər verir ki, mobil qurğu və kompyuterlərin təhlükəsizliyi yalnız istifadəçilər üçün deyil, həm də tərtibatçılar üçün baş ağrısıdır. "Google" şirkəti yeni bildiriş sistemi tətbiq edərək qurğu sahiblərinin hesablarını qorumaq üçün yeni cəhd göstərir. Bundan əvvəl tərtibatçılar istifadəçilərə hesabda şübhəli aktivlik barədə xəbərdarlığı elektron poçt vasitəsilə göndərirdilər, ancaq belə yanaşma mükəmməllikdən uzaqdır: hesaba müdaxilə etmiş haker asanlıqla "Gmail" poçt sisteminə də giriş edə bilər.

Yeni sistemin əsas özəlliyi ondan ibarətdir ki, istifadəçi öz hesabında baş verənlər barədə real vaxt rejimində xəbərdar olur. Kimsə başqa qurğu və ya başqa brauzerdən hesaba daxil olan kimi yeni bildiriş sistemi işə düşəcək. Tərtibatçılar tərəfindən keçirilmiş araşdırmaya əsasən, istifadəçilər "Push" xəbərdarlıqlara 4 dəfə daha çox diqqət yetirir.

"Google" şirkəti, həmçinin xatırladır ki, "Android" sistemi ilə işləyən qurğuların sahibləri "Recent Account Activity" funksiyası hesablarından xəbərsiz istifadə edilməsini öyrənə biləcək. Yaxın vaxtlarda həmin funksiyadan istifadə etmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.