DÜNYA


“Google” istifadəçilərin məktublarını “oxumağı” dayandıracaq

Bakı, 7 iyul, AZƏRTAC

“Google” korporasiyası “Gmail” elektron poçt servisindən istifadə edənlərin məktublarını “oxumağı” dayandıracaq.

AZƏRTAC xəbər verir ki, bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib.

Bundan əvvəl “Google” hədəflənmiş reklam üçün bu təcrübədən istifadə edib. Yenilik 2017-ci ilin sonuna kimi tətbiq ediləcək. Elektron məktubların oxunması dayandırıldıqdan sonra hədəflənmiş reklam istifadəçilərin sazlaması və axtarış sorğuları əsasında göstəriləcək. Korporativ müştərilər üçün nəzərdə tutulmuş “G Suite” ödənişli versiyası bu prinsip üzrə işləyir.

Korporasiya nümayəndələri qeyd edirlər ki, onun poçt xidmətlərinin müştəriləri öz məlumatlarının məxfiliyinə əmin ola bilərlər.

“Gmail” servisinin auditoriyası 1,2 milyard nəfərdən çoxdur, “G Suite” servisindən isə 3 milyondan çox şirkət istifadə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.