DÜNYA
Google kompaniyasının vitse-prezidenti stratosferdən tullanmaq üzrə rekordu təzələyib VİDEO
Google kompaniyasının top-meneceri 57 yaşlı Alan Yustas stratosferdən tullanmaq üzrə avstraliyalı Feliks Baumqartnerin rekordunu qırıb. Yerli KİV-lərin məlumatına görə, rekord Nyu-Meksiko ştatında qeydə alınıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Google kompaniyasının vitse-prezidenti heliumla doldurulmuş hava şarına bərkidilən xüsusi kapsul vasitəsilə 41,4 min metr yüksəkliyə qalxaraq yerə tullanıb. Eniş zamanı saatda 1 287 kilometr sürət yığan Yustasın paraşütü yerə 5,5 kilometr qalmış açılıb. Ümumilikdə 15 dəqiqə havada süzən paraşütçü hava şarının qalxdığı yerdən 100 kilometr aralıda yerə enib.
Qeyd edək ki, əvvəlki rekordun sahibi Feliks Baumqartner 39,45 min metr yüksəklikdən atılaraq dünyada səs sürətini aşan ilk insan kimi tarixə düşmüşdü. Buna qədər isə rekord 1960-cı ildə 31,3 min metr yüksəklikdən tullanan keçmiş hərbi təyyarəçi Co Kittengerə məxsus idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]