DÜNYA


“Google” kompyuter təlimi texnologiyasını ümumi istifadəyə verib

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC

“Google” şirkəti kompyuter təlimi platformasını ümumi istifadəyə verib. Bu, proqram tərtibatçılarına neyroşəbəkələrdən istifadə etməklə innovativ məhsullar yaratmağa imkan verəcək.

AZƏRTAC xəbər verir ki, “naked-science.ru” saytına istinadən xəbər verir ki, əvvəllər xidmətdən yalnız bəzi istifadəçilər alfa versiyasında istifadə ediblər. Yeni alət dünyada proqram tərtibatçıları tərəfindən yaradılan istənilən əlavə və proqramı yaxşılaşdırmağa imkan verəcək.

Mütəxəssislər şirkətin bloqunda "Airbus” şirkətinin “Google”un “bulud” kompyuter təlimi texnologiyasından istifadə etməklə müdafiə sistemləri və kosmik məkanın tədqiqi sistemlərinin necə optimallaşdırılması barədə məlumat veriblər. Yeni alət vasitəsilə “Airbus” əməkdaşları peyk təsvirlərinin avtomatik aşkarlanması və düzəlişi funksiyasını yaxşılaşdırmağa nail olublar.

Texnologiyanın inkişafa, xüsusilə müasir startaplara təsir etməsi ilə "Google”un kompyuter təlimi sahəsində nailiyyətləri insan fəaliyyətinin bütün sahələrinə təsir göstərə bilər. Süni intellekt texnologiyaları bütün mümkün problemlərin həllində öz effektivliyini dəfələrlə nümayiş etdirib. Belə ki, kompyuter təlimi sistemindən istifadə edən “Google” serverlərin elektrik enerjisi ilə təmini üçün xərcləri azalda bilib.

“Google” kompyuter təlimini ümumi istifadəyə verməklə yanaşı, bu sahədə mütəxəssis hazırlığı ilə məşğul olacaq. Süni intellektdən istifadəyə maraq göstərən hər kəsin şirkətin mütəxəssisləri ilə lazımi biliklər əldə etmək üçün əlaqə yaratmaq imkanı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.