DÜNYA


“Google” şirkəti İtaliyaya 306 milyon avro vergi ödəməyə razıdır

Roma, 11 may, AZƏRTAC

Dünyanın ən böyük axtarış sistemlərindən olan “Google” bir ildən çox davam edən mübahisəni yekunlaşdıraraq İtaliya hökumətinə 306 milyon avro vergi ödəməyi qəbul edib.

İtaliyanın maliyyə polisi bildirib ki, hələ ötən il “Google” 100 milyon avro dəyərində olan vergini rəsmi şəkildə nə elan edə bildi, nə də 2009-cu ildən 2013-cü ilə kimi olan müddətdə 200 milyon avro vergi borcunu ödədi.

“Google” İtaliya ölkəsinə sadiqliyini sübut edir və ölkənin online-ekosisteminin inkişafına yardım üçün işləməyə davam edəcəyik". Bu barədə fikri Google şirkətinin nümayəndəsi elektron poçtla bildirib.

İtaliyanın vergi agentliyi bildirib ki, danışıqlar gələcəkdə şirkətin düzgün vergi ödəməsini təmin etmək üçün “profilaktik saziş”in bağlanması ilə başlanacaq.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.