DÜNYA


“Google” şirkəti itmiş smartfonların axtarışı üçün mobil proqram təqdim edib

Bakı, 18 may, AZƏRTAC

“Google” şirkəti itmiş smartfonların axtarışı üçün nəzərdə tutulmuş "Find My Device" mobil proqramını təqdim edib. Proqramı "Google Play" internet mağazasından yükləmək mümkündür.

AZƏRTAC "macdigger.ru" saytına istinadən bildirir ki, "Find My Device" mobil tətbiqi "Find My iPhone" xidmətinin analoqudur. Bu proqram itmiş və ya oğurlanmış smartfonların axtarışı üçün nəzərdə tutulub. İstifadəçilər qurğuda zəng funksiyasını işə sala, blok edə, məsafədən vacib məlumatı silə və ya cihazın yerləşdiyi yerə xəritədə baxa bilərlər.

İstifadəçi telefonunu mənzildə tapa bilmədiyi halda "Find My Device" mobil tətbiqi zəng funksiyasını aktivləşdirir. Bu, qurğunu tez tapmağa imkan verəcək. Mobil qurğu küçə və ya restoranda itirildiyi halda onun olduğu yerə xəritədə baxmaq olar.

İtmiş və ya oğurlanmış smartfon və ya planşeti geri qaytarmaq mümkün olmadıqda ən azı məxfi informasiyanı qorumaq olar. "Find My Device" mobil proqramı telefondakı faylları uzaq məsafədən silməyə imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.