DÜNYA


“Google” şirkəti öz videomessencerini təqdim edib

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

“Google” şirkəti “Duo” adlı yeni videomessencer istifadəyə verir.

AZƏRTAC “mail.ru” saytına istinadən xəbər verir ki, bu videomessencerin əsas özəlliyi olduqca sadə interfeysə malik olmasıdır. Mobil proqramı işə salan istifadəçi ön kameradakı təsviri, həmçinin "videozəng" düyməsini görür. Bu düyməni sıxdıqda kontakt siyahısı açılır və onlara zəng etmək olar.

“Duo” videomessencerində qeydiyyatdan keçmək üçün yalnız telefon nömrəsini daxil etmək kifayətdir. Tərtibatçıların sözlərinə görə, buraxılış qabiliyyətinin avtomatik ölçülməsi və kodeklərin optimallaşdırılması, həmçinin rabitənin əllə tənzimlənməsi imkanı internet qoşulmanın keyfiyyətindən asılı olmayaraq, mobil proqramın sabit işini təmin edəcək.

Yeni messencerin daha bir xüsusiyyəti zəngə cavab verilənədək həmsöhbəti görməyə imkan verən “Knock Knock” funksiyasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.