DÜNYA


“Google” şirkətinin əsas strukturu İtaliyada 306 milyon avro cərimə ödəyəcək

Bakı, 11 may, AZƏRTAC 

“Google” şirkətinin əsas strukturu “Alphabet Inc.” İtaliyanın vergi orqanları ilə problemlərin yoluna qoyulması barədə razılıq əldə edib.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, İtaliyanın vergi xidmətinin məlumatına əsasən, “Alphabet”in bu ölkədə gəlirlərinin ümumi məbləği 1 milyard avrodan artıq olduğu halda, vergiləri tam həcmdə ödəməyib. Buna görə şirkət 306 milyon avro cərimə ödəməli olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.