REGİONLAR
Goranboy rayon Mərkəzi Kitabxanasında Ümummilli Liderin xatirəsi anılıb
Goranboy, 8 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Goranboy rayon Mərkəzi Kitabxanasında “Bütün zamanların dahisi Heydər Əliyevdir” mövzusunda “dəyirmi masa” təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəzdə dahi rəhbərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan sərgi ilə tanışlıq olub.
Mərkəzi Kitabxanada keçirilən tədbirdə dahi rəhbərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Fəxr edirəm ki, mən azərbaycanlıyam...” adlı videoçarx səsləndirilib.
Tədbirdə “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir”, “Bütün zamanların dahisi Heydər Əliyevdir” mövzusunda məruzələr dinlənilib.
Məruzəçilər dahi rəhbərin hakimiyyətə gəlişindən, böyük xilaskarlıq rolundan danışaraq, Heydər Əliyev siyasətindən, zəngin dövlətçilik təcrübəsindən söz açıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyiblər.