MƏDƏNİYYƏT


Goranboy rayonunda Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin, Goranboy Rayon İcra Hakimiyyəti və rayon mədəniyyət və turizm şöbəsinin birgə təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində 18 oktyabr- Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Bakı şəhərindən təşrif buyurmuş incəsənət ustalarının ifaları rayon sakinlərinin böyük marağına səbəb olub. Tamaşaçılar qarşısında Xalq artistləri Simarə İmanova, Cəmilə Bayramova, Əməkdar artistlər Zakir Əliyev, Nüşabə Ələsgərli, aşıq Solmaz Kosayeva və digər ifaçılar çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.