REGİONLAR


Goranboyda aşkarlanan yararsız heyvan cəmdəyi zərərsizləşdirilib

A+ A

Bakı, 20 iyul, AZƏRTAC 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri davam etdirir.

DBNX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dövlət Xidmətinin Goranboy Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Goranboy şəhəri Cəlil Məmmədquluzadə küçəsi, ev 10-da yaşayan Rzayev İlqar Saşa oğlunun həyətində qanunsuz, antisanitar vəziyyətdə fəaliyyət göstərən heyvan kəsim yeri və 1 baş, çəkisi 125 kiloqram olan, üst-üstə tökülmüş vəziyyətdə, üfunətli iy verən kəsilmiş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.

Aşkarlanan cəmdəkdən baytarlıq qanunvericiliyinə uyğun götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə olunub.

Müayinələrin nəticəsinə əsasən iribuynuzlu heyvan cəmdəyinin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz, insan və heyvan qidası üçün yararsız olması, baytarlıq-sanitariya tələblərinə cavab verməməsi, aqoniya və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvan əti olması nəzərə alınaraq, onun zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq, iyulun 20-də iribuynuzlu heyvan cəmdəyi baytarlıq mütəxəssislərinin nəzarəti altında Goranboy rayonunun Şahməmmədli kəndi ərazisində xüsusi ayrılmış yerdə kütləvi informasiya vasitələri və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.