REGİONLAR
Goranboyda bələdiyyə seçkilərinin şəffaf keçirilməsi üçün hər bir şərait yaradılıb
Goranboy, 18 dekabr, AZƏRTAC
Goranboydakı 96 saylı Goranboy-Naftalan və 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairələri dairə seçki komissiyalarında dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hərtərəfli hazırlıq işləri görülüb.
AZƏRTAC xəbər verir ki, seçkilərin şəffaf və demokratik keçməsi məqsədilə 96 saylı seçki dairəsi dairə seçki komissiyasının məntəqələrində 7 ədəd, 97 saylı seçki dairəsi dairə seçki komissiyasında isə 6 ədəd veb-kamera quraşdırılıb. Seçkilərin gedişini izləmək üçün iki dairə üzrə 780 nəfər müşahidəçi qeydiyyatdan keçib.
Hər iki seçki dairəsi üzrə seçici siyahıları da dəqiqləşdirilib.
96 saylı seçki dairəsi dairə seçki komissiyasının tərkibində olan seçki məntəqələrində 39 min 170 nəfər, 97 saylı seçki dairəsi dairə seçki komissiyasının məntəqələrində isə 23 min 529 seçici qeydə alınıb.