REGİONLAR


Goranboyda düşmən təxribatı nəticəsində fərdi evlərə və infrastruktura dəyən ziyan aradan qaldırılır

A+ A

Goranboy, 28 avqust, Rauf Hacıyev, AZƏRTAC

Aprelin 2-dən 5-dək erməni hərbi birləşmələrinin atəşkəsi pozması nəticəsində Goranboy rayonunun düşmənlə təmas xəttində yerləşən Tap Qaraqoyunlu və Zeyvə kəndlərində fərdi evlərə, sosial-infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

AZƏRTAC xəbər verir ki, ötən müddətdə işıq, qaz və içməli su xətlərinə dəyən ziyan aradan qaldırılıb, Naftalan-Tap Qaraqoyunlu yolunun bərpası üçün hazırlıq işlərinə başlanılıb.

Ziyan dəymiş fərdi evlərin bərpası ilə bağlı Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən Tap Qaraqoyunlu kəndində tamamilə dağıdılmış 4 ev, Zeyvə kəndində isə 1 ev yenidən tikilib. Tap Qaraqoyunlu kəndində ziyan dəymiş 14 ev əsaslı təmir edilib. Tap Qaraqoyunlu kəndində qismən ziyan dəymiş 219, Zeyvə kəndində isə 5 evin təmiri üçün mənzil sahiblərinə tələb olunan tikinti materialları təhvil verilib.

Hazırda bir neçə evdə təmir işləri yekunlaşıb, bəzilərində isə təmir işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.