REGİONLAR


Goranboyda istehlakçı hüquqlarına dair konfrans

Bakı, 23 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti maarifləndirici konfransını iyunun 23-də Goranboyda keçirib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda 150-yə yaxın istehlakçının iştirakı ilə keçirilən konfransda istehlakçı hüquqlarının qorunması sahəsində qanunvericilik, hər bir istehlakçının bilməli olduğu aktual məsələlər barədə məlumat verilib, dövlət xidməti tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri diqqətə çatdırılıb.

Bildirilib ki, istehlakçıların maarifləndirilməsi məqsədilə dövlət xidməti tərəfindən mütəmadi olaraq konfrans və seminarlar, "dəyirmi masa"lar təşkil edilir, istehlakçı hüquqları barədə maarifləndirici məlumatlar yayılır, ticarət və ictimai-iaşə obyektlərinin xidmət personalı üçün təlimlər keçirilir, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda bukletlər, yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq istehlakçılara paylanılır. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq, istehlak bazarında mal və xidmətlərin keyfiyyəti ilə yanaşı, istehlakçı fəallığı yüksəlib, istehlakçı hüquqlarının müdafiəsində ictimai nəzarətin rolu artıb.

Xidmət əməkdaşlarının istehlakçı hüquqlarına dair məruzələrində qanunvericiliyin tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri və s. barədə ətraflı məlumat verilib, tədbir iştirakçılarının sualları cavablandırılıb, istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

Həmin gün, həmçinin Goranboyda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda seminar keçirilib. Seminarda dövlət xidmətinin əməkdaşları iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.