REGİONLAR


Goranboyda pambıqçılıq və tütünçülük gəlirli sahəyə çevrilir

A+ A

Goranboy, 22 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatının digər sahələri ilə yanaşı, pambıqçılığın da inkişafı ilə əlaqədar verdiyi müvafiq tapşırıqlar Goranboy rayonunda uğurla icra edilib. Bu sahənin inkişafı məqsədilə təsərrüfat sahiblərinə güzəştli kreditlərin verilməsi, “ağ qızıl”ın alış qiymətinin artırılaraq 50 qəpiyə çatdırılması rayonda ənənəvi pambıqçılığın gəlirli sahəyə çevrilməsinə münbit şərait yaradıb.

AZƏRTAC xəbər verir ki, Goranboyda bu sahəni dirçəltmək üçün 160-a yaxın torpaq mülkiyyətçisi 2 min hektar sahədə pambıq əkib. Becərilən pambıq sahələrindən indiyə qədər 3 min 306 ton məhsul yığılaraq təhvil verilib. Hazırda rayonda pambıq yığımı davam edir. Havaların soyumasına və yağmurlu keçməsinə baxmayaraq tarlalarda hələ də məhsul var. Mövsümün sonunadək məhsul tamamilə yığılaraq təhvil veriləcək. Gələn il rayonda pambıq sahələrinin 5 min hektara çatdırılması nəzərdə tutulur.

Rayonun dağətəyi kəndlərində isə 6 hektar sahədə tütün əkilib. Vaxtında lazımi aqrotexniki tədbirlər görüldüyünə görə sahələrdən 3,2 ton keyfiyyətli məhsul yığılaraq təhvil verilib. Mövsümün sonunadək 6 tondan artıq tütünün yığılacağı gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.