CƏMİYYƏT


Goranboyda top mərmisi, Tərtərdə və Ağdamda partlamış hərbi sursatların qalıqları aşkar edilib VİDEO

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri avqustun 2-də bir ev və həyətyanı sahəyə, 2 əkin sahəsinə, kənd yoluna, 7 partlayış yerinə baxış keçirilib. Goranboy rayonunun Buzluq kəndində bir partlamamış hərbi sursat - 76 millimetrlik top mərmisi aşkarlanaraq götürülüb. Cəmi 10 min kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdam rayonunun Əfətli, Tərtər rayonunun Həsənqaya kəndlərində ev və həyətyanı sahələr, əkin sahələrində partlayış yerlərinə baxış zamanı partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb. Yoxlanılmış ərazi 8 min 500 kvadratmetr təşkil edib.

Ümumilikdə, agentlik tərəfindən aprelin 7-dən avqustun 2-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə, 1 şərab zavoduna və 1 çınqıl karxanasına baxış olub.

Nəticədə 3469 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 24 mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.