CƏMİYYƏT


Goranboyda və Beyləqanda ölümlə nəticələnən yanğın hadisələri baş verib

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC 

Goranboy və Beyləqan rayonlarında ölümlə nəticələnən yanğın hadisələri baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Goranboyun Qaraçinar kəndində vətəndaşa məxsus, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evdə baş verən yanğının kəşfiyyatı zamanı 1932-ci il təvəllüdlü Dadaşov Məhəmməd Muxtar oğlunun yanmış meyiti aşkarlanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov saat 03:30-da söndürülüb.

Beyləqan rayonunda isə ümumi sahəsi 240 kvadratmetr olan, iki ailənin yaşadığı evdə vətəndaşa məxsus dördotaqlı evin üç otağı yanıb. Yanğının kəşfiyyatı zamanı 1942-ci il təvəllüdlü Əliyeva Elmira Əkbər qızının yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:55-də söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.