REGİONLAR


Goranboyun pambıq sahələrində 1400 nəfər rayon sakini mövsümi işlə təmin olunub

Goranboy, 4 iyun, Rauf Hacıyev, AZƏRTAC

Bu il Goranboy rayonunda 5 min hektar sahəyə pambıq çiyidi səpilib.

Goranboy Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, bu günə qədər 4 min 223 hektar sahədə çıxış müşahidə olunub.

Həmçinin 1400 nəfər rayon sakini pambıq sahələrində mövsümi işlə təmin edilib.

Hazırda pambıq tarlalarında kultivasiya və alaq işləri həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.