İQTİSADİYYAT


“Gordon Chief”: hasilatın həddindən çox olması neftin qiymətinə təsir göstərir

A+ A

Bakı, 24 avqust, Nihad Budaqov, AZƏRTAC

Hasilatın həddindən çox olması neftin qiymətinə təsir göstərir.

AZƏRTAC xəbər verir ki, “Gordon Chief”in iqtisadçısı Simon Frenç bu fikirdədir. O bildirir ki, neftin istehsalının artması “qara qızıl”ın qiymətinin ucuzlaşmasına təsir edən əsas amildir. Ən əsası isə ən böyük neft istehsalçılarından biri olan İranın yenidən beynəlxalq bazarlara geri dönməsidir. Aprel ayında istehsalı artırmaq barədə qərar verən İranın bu siyasətini dəyişdirmək üçün bir səbəbi yoxdur.

“İstehsalı artırıb qiyməti aşağı salan əsas faktor təkcə İran deyil. İraqın Kərkük bölgəsi də yenidən neft bazarındakı payını artırmağa hazırlaşır. Bundan başqa Afrikanın ən böyük neft istehsalçılarından olan Nigeriyanın da bəzi yataqları üsyançıların idarəçiliyindən geri alması ilə bağlı hasilatı əvvəlki səviyyəyə çatdıracağı gözlənilir”, - deyə S.Frenç əlavə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.