MƏDƏNİYYƏT
Görkəmi rus yazıçısı Mixail Lermontovun əsərinin XIX əsrdə edilmiş tərcüməsi tapılıb
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov məşhur rus yazıçısı Mixail Lermontovun “Zəmanəmizin qəhrəmanı” romanının XIX əsrdə Bina Əli bəy Qazi Arif Əfəndizadə tərəfindən edilmiş tərcüməsini üzə çıxararaq tədqiqata cəlb edib.
Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, 1900-cü ildə tamamlanmış və 523 səhifədən ibarət tərcümə “Bizim vaxtın pəhləvanı hekayələrindən” adlanır. Burada “Maksim Maksimıç”, “Peçorinin dəftərindən”, “Fatalist” hekayələri öz adı ilə verildiyi halda, “Bela”, “Ziba xanım”, “Knyajna Nuri” hekayələri “Meri xanım” adı ilə gedib.
Əsər XIX əsr Azərbaycan tərcümə ədəbiyyatının öyrənilməsi baxımından böyük maraq kəsb edir.
Romanın tərcüməsindən bir hissə mətbuata təqdim olunub.