ELM VƏ TƏHSİL


Görkəmli alim Heydər Əfəndiyev Azərbaycan geokimya elminin inkişafında səmərəli xidmətlər göstərib

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda görkəmli alim Heydər Əfəndiyevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev Azərbaycan geokimya elminin inkişafında səmərəli xidmətləri olan Heydər Əfəndiyevin mənalı ömür yolundan, geniş elmi fəaliyyətindən, kimya sahəsinə gətirdiyi yeniliklərdən və qazandığı nailiyyətlərdən danışıb. Qeyd edilib ki, H.Əfəndiyevin çoxşaxəli elmi yaradıcılığında ona şöhrət qazandıran geokimyəvi tədqiqatları olub. Alim, eyni zamanda, bacarıqlı elm təşkilatçısı kimi uzun müddət instituta rəhbərlik edib. Onun rəhbərliyi dövründə institutun elmi-tədqiqat fəaliyyəti genişlənib, burada nadir elementlər kimyası, analitik kimya və s. kimi istiqamətlər üzrə laboratoriyalar təşkil edilib.

Tədbirdə “Heydər Əfəndiyevin Azərbaycanda geokimyanın inkişafındakı rolu” mövzusunda məruzə dinlənilib.

Akademik Vasif Babazadə, professor Hikmət Mahmud və digər çıxış edənlər H.Əfəndiyevin elmə verdiyi töhfələrdən danışıb, alimlə bağlı xatirələrini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.