MƏDƏNİYYƏT
Görkəmli bəstəkar Cövdət Hacıyevin 100 illiyi qeyd ediləcək
Bakı, 1iyun, AZƏRTAC
İyunun 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim və pedaqoq, iki dəfə SSRİ Dövlət Mükafatı laureatı, Xalq Artisti, professor Cövdət Hacıyevin 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutacaq tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən gerçəkləşəcək.
Tədbir çərçivəsində bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş sərgi açılacaq, əsərləri səslənəcək, milli musiqi tariximizin inkişafındakı xidmətləri xatırlanacaq.
Yubiley konsertini Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]