MƏDƏNİYYƏT


Görkəmli bəstəkar Tofiq Quliyevin könül nəğmələri səslənəcək

A+ A

Bakı, 4 yanvar, AZƏRTAC

Yanvarın 31–də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq Artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Könül nəğmələri” adlı konsertdə Xalq artistləri Yalçın Rzazadə, Azər Zeynalov, Samir Cəfərov, Brilyant Dadaşova, Heydər Anatollu, Əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova, Abbas Bağırov, İnarə Babayeva, Fərid Əliyev, Almaz Orucova, Zakir Əliyev, Röya, Teymur Əmrah, İlqar Muradov, Ehtiram Hüseynov, müğənnilər Samir Piriyev, Səbinə Ərəbli, Taleh Yəhyayev, Zamiq Hüseynov, Elton Hüseynəliyev, Zabitə Alıyeva, Xəyyam Nisanov, Emiliya Yaqubova və “Qaya” qrupu iştirak edəcəklər.

Biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.