MƏDƏNİYYƏT


Görkəmli bəstəkarın anadan olmasının 90 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcək

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

Oktyabrın 16-da görkəmli bəstəkar, Xalq Artisti Ramiz Mustafayevin anadan olmasının 90 ili tamam olur.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə noyabrın 23-dən 26-dək Ramiz Mustafayevə həsr olunmuş musiqi festivalı keçiriləcək.

Festival çərçivəsində R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında və Akademik Opera və Balet Teatrında “Ötən illərin nəğmələri” adlı mahnı gecəsi, konsert proqramları və “Vaqif” operasının premyerasının təqdimatı nəzərdə tutulur.

Qeyd edək ki, geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınamış, 6 opera, 5 musiqili komediya, 9 oratoriya, 7 kantata, 5 vokal-simfonik poema, 8 simfoniya, 500-ə qədər mahnı və romans bəstələmiş, 200-dən artıq xalq mahnısını xor üçün işləmişdir. Azərbaycanda xor sənətinin bugünkü inkişafı Ramiz Mustafayevin adı ilə bağlıdır. O, 82 illik ömür yolunun 65 ilini musiqi sənətinin inkişafına həsr edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.