ELM VƏ TƏHSİL


Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyi qeyd olunub

Bakı, 12 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) görkəmli dövlət və elm xadimi, əməkdar həkim, professor Əziz Əliyevin anadan olmasının 120 illiyinə həsr edilən “Respublikada qida və tekstil sənayesinin inkişaf perspektivləri” mövzusunda birinci respublika elmi-praktik konfransı keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetin Elm və İnnovasiyalar Mərkəzinin direktoru, professor Sakit Yaqubov tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı alimin respublikada səhiyyə sisteminin inkişafı istiqamətindəki fəaliyyətinə verilən yüksək qiymətdir. Konfransın mövzusunun aktuallığını qeyd edən S.Yaqubov dövlət başçısı İlham Əliyevin qida və tekstil sənayesinin inkişafına xüsusi önəm verdiyini vurğulayıb.

Konfrans işini plenar iclas və bölmələrdə davam etdirib. İclaslarda texnologiya və dizayn fakültəsinin dekanı, professor Vəkil Hüseynov, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun direktoru, texnika elmləri doktoru Tariyel Pənahov, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mikrobiologiya İnstitutu direktorunun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov və başqaları məruzələrlə çıxış ediblər.

Çıxışlar ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib. Qida təhlükəsizliyi və toxuculuq sənaye məhsullarının keyfiyyəti ilə bağlı elmi-tədqiqat işlərinin gələcəkdə istehsalatla əlaqəli aparılmasının təkmilləşdirilməsi tövsiyə edilib. UNEC-lə istehsalat arasında elmi -praktik əməkdaşlığın möhkəmlənməsi üçün belə tədbirlərin hər il keçirilməsi təklif olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.