MƏDƏNİYYƏT


Görkəmli kaman ustasının xatirəsi anılacaq

Bakı, 25 may, AZƏRTAC

Mayın 28-də görkəmli kaman ustası, Xalq Artisti Habil Əliyevin anadan olmasının 90 ili tamam olur.

Bu münasibətlə mayın 30-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə xatirə gecəsi keçiriləcək.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, gecədə sənətkarın ömür yolundan, fəaliyyətindən söz açılacaq, sənət dostları onunla bağlı xatirələrini bölüşəcəklər.

Qeyd edək ki, əmək fəaliyyətinə 1953-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında başlayan H.Əliyev 60 il ərzində öz ifaçılıq məharəti ilə milli musiqimizi zənginləşməsinə xidmət edib. Onun böyük məharətlə ifa etdiyi muğamlar dinləyicilərin yaddaşına həmişəlik həkk olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.