MƏDƏNİYYƏT
Görkəmli kinooperatorun yubileyi qeyd olunacaq
Bakı, 30 iyul, Ceyhun Alışov, AZƏRTAC
Sənədli filmlərimizin məşhur kinooperatoru, Türkmənistanın və Azərbaycanın əməkdar incəsənət xadimi, xalq artisti Cavanşir Məmmədovun 100 illik yubileyi münasibətilə Dövlət Film Fondunda tədbir keçiriləcək.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənətkarın yubiley tədbiri oktyabrın əvvəllərinə planlaşdırılır.
Ömrünün çox hissəsini kino sənətinə həsr edən Cavanşir Məmmədov 1950-1960-cı illərdə Bakı kinostudiyasında 12 sənədli film çəkib. Kinojurnallar üçün mindən çox süjetin müəllifi olan mərhum sənətkarın 1949-1953–cü illərdə çəkdiyi "Xəzər neftçiləri haqda dastan" sənədli filmi ona Lenin mükafatı qazandırıb.
Qeyd edək ki, Cavanşir Məmmədov 1997-ci ildə Moskvada vəfat edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:15]
Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək
- 26.04.2024 [15:11]
Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək
- 26.04.2024 [12:38]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli
- 26.04.2024 [12:35]
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək
- 26.04.2024 [11:53]
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb
- 26.04.2024 [11:47]