MƏDƏNİYYƏT
Görkəmli macar əsilli bəstəkar Bela Partokun 135 illiyinə həsr olunmuş tədbir keçiriləcək
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli macarıstanlı bəstəkar Bela Partokun anadan olmasının 135 illiyinə həsr olunmuş tədbir təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, tədbir Macarıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə bəstəkarın həyat və yaradıcılığı ilə yanaşı, onun dünya musiqi tarixindəki xidmətlərindən danışılacaq. Gecədə Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edəcək.
Konsertdə bəstəkarın musiqi əsərlərindən ibarət kompozisiyalar səsləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]