MƏDƏNİYYƏT


Görkəmli muğam ifaçılarımız Sidneydə konsert proqramı ilə çıxış edəcəklər

Bakı, 9 yanvar, AZƏRTAC

Yanvarın 21-də dünya şöhrətli muğam ifaçımız, Xalq Artisti Alim Qasımov və qızı, Əməkdar Artist Fərqanə Qasımova Avstraliyanın Sidney şəhərində konsert proqramı ilə çıxış edəcəklər.

AZƏRTAC xəbər verir ki, konsert yanvarın 7-də start götürən Sidney festivalı çərçivəsində baş tutacaq.

Konsertin afişasında görkəmli ifaçımız haqqında “Alim Qasımov yaşayan ən möhtəşəm müğənnilərdən biridir” ifadəsi yer alıb.

Qeyd edək k, Sidney festivalı yanvarın 29-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.