MƏDƏNİYYƏT


Görkəmli muğam ustasının 60 illik yubileyi çərçivəsində növbəti konsert

Bakı, 22 may, Zərəngiz Mansurova, Aynur İsmayılova, AZƏRTAC

Heydər Əliyev Sarayında görkəmli muğam ustası, Xalq Artisti Alim Qasımovun 60 illik yubileyinə həsr edilmiş konsert təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunan konsertdə muğam ustasının qızı, Əməkdar Artist Fərqanə Qasımova atasının ömür yolundan söhbət açıb, “Mənə dünyanı verdin” adlı solo konsert proqramı ilə çıxış edib.

Konsertdən əvvəl böyük sənətkarın həyatını və uğurlarını əks etdirən “Alim Qasımov 60” filmi nümayiş olunub.

Fərqanə Qasımova vaxtilə müqtədir sənətkarların repertuarlarını bəzəyən mahnılardan istifadə edərək, “Səninləyəm”, “Sənə qurban” və digər mükəmməl kompozisiyalar təqdim edib.

Sonda sürəkli alqışlarla səhnəyə dəvət olunan yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Qüdrətli sənətkar ifaları ilə tamaşaçıların könlünü fəth etməyi bacarıb.

Alimsevərlər sonda görkəmli sənətkarla xatirə şəkli çəkdiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.