MƏDƏNİYYƏT
Görkəmli rejissorun xatirə gecəsi keçiriləcək
Bakı, 16 aprel, AZƏRTAC
Aprelin 19-da Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinorejissoru, Əməkdar İncəsənət Xadimi Fikrət Əliyevin xatirə gecəsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Film Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə mərhumun sənət dostları, kinoşünaslar, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Xatırladaq ki, Fikrət Əliyev rejissorluğa “Baladadaşın ilk məhəbbəti” filmi ilə başlayıb. O, “Qızıl uçurum”, “Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” və digər filmlərin rejissoru olub, “Dəli Kür” filmində Şamxal obrazını yaradıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]