MƏDƏNİYYƏT


Görkəmli şair Səməd Vurğunun 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Oktyabrın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli şair Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Akademik Milli Dram Teatrının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə unudulmaz şairin həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycan poeziya tarixindəki xidmətlərindən söz açılacaq, ədəbiyyatımıza verdiyi töhfələrdən danışılacaq.

Həmçinin, tədbir çərçivəsində şairin vətənpərvərlik mövzusunda yazdığı şeirləri və bir çox şeirlərinə bəstələnmiş musiqilər təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.