MƏDƏNİYYƏT


Görkəmli tarzən Mənsur Mənsurovun xatirəsinə həsr edilən virtual sərgi açılıb

Bakı, 13 iyun, AZƏRTAC

Milli Arxiv İdarəsinin Elektron Xidmətlər Mərkəzi görkəmli tarzən, Əməkdar İncəsənət Xadimi Mənsur Mənsurovun həyat və yaradıcılığına həsr olunan virtual sərgi yaradıb.

İdarədən AZƏRTAC-a məlumat verilib ki, sənətkarın anadan olmasının 130 illik yubileyi çərçivəsində reallaşan virtual sərgi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin materialları əsasında Milli Arxiv İdarəsinin İnformasiya Təminatı və Elektron Xidmətlər Mərkəzi tərəfindən hazırlanıb. Sərgidə unudulmaz sənətkarın müxtəlif illərdə həyat və yaradıcılığını əks etdirən 20-dək foto yer alıb.

Qeyd edək ki, görkəmli tarzən Mirzə Sadıqcan məktəbinin davamçısı sayılan M.Mənsurov muğam dəsgahlarının (“Rast”, “Şur”, “Segah”, “Mahur-hindi” və s.) mahir ifaçısı, muğam nəzəriyyəçisi olub. “Rast”, “Zabul”, “Dügah” muğamları 1936-cı ildə ilk dəfə onun ifasından gənc bəstəkarlar Tofiq Quliyev və Zakir Bağırov tərəfindən nota köçürülüb. M.Mənsurovun adı muğamat dərsliyinin ilk proqramını tərtib etmiş sənətkar kimi də tarixə düşüb.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://www.milliarxiv.gov.az/az/virtual-documents-exhibition?id=341 linkdən yararlana bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.