CƏMİYYƏT
Görkəmli uroloq-alimin xatirəsi yad edilib
Bakı, 3 iyun, G.Mahmudlu, AZƏRTAC
İyunun 3-də tanınmış cərrah, akademik Mirməmməd Cavadzadənin xatirəsi yad edilib.
AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən və akademikin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları, tibb ictimaiyyətinin nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra akademik Mirməmməd Cavadzadənin məzarı ziyarət edilib, gül dəstələri qoyulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]