MƏDƏNİYYƏT


Görkəmli violonçel ifaçısı Rasim Abdullayevə həsr olunmuş konsert təşkil olunacaq

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Sentyabrın 7-də L. və M.Rostropoviçlərin ev muzeyində Xalq Artisti, Azərbaycan violonçel məktəbinin görkəmli nümayəndəsi, professor Rasim Abdullayevə həsr olunmuş musiqi gecəsi keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilir ki, gecədə R.Abdullayevin qızı Ülviyyə Abdullayeva və L. və M. Rostropoviçlərin nəvəsi Anastasiya Mişula çıxış edəcəklər.

Bundan əlavə, tədbirdə muzeyin fondundan götürülmüş unikal şəkillərdən ibarət slaydşou və sərgi də nümayiş olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.