ELM VƏ TEXNOLOGİYA


Görkəmli yazıçının “Sevgi məktubları” kitabı nəşr olunub

A+ A

Bakı, 2 dekabr, AZƏRTAC 

Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, Xalq Yazıçısı,  akademik Mirzə İbrahimovun həyat yoldaşı Sara xanıma ünvanladığı məktublardan ibarət “Sevgi məktubları” kitabı nəşr olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, saf sevgi, qarşılıqlı dərin məhəbbət, qeyri-adi lirik duyğular bu məktubların ana xəttini təşkil edir. Məktubların böyük ictimai əhəmiyyəti ondadır ki, dövrün ədəbi, tarixi prosesləri, yazıçının öz müasirlərinə münasibəti burada əksini tapıb.

Kitabın redaktoru Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimov, ərəb qrafikasından latın qrafikasına çevirəni isə Aslan Kənandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.