MƏDƏNİYYƏT


Görkəmli yazıçının xatirəsi yad ediləcək

A+ A

Bakı, 18 oktyabr, Z.Mansurova, AZƏRTAC

Oktyabrın 19-da C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına kömək İctimai Birliyinin təşkilatçılığı ilə Gənc Tamaşaçılar Teatrında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı, şair, jurnalist, dramaturq, görkəmli gülüş ustası Seyfəddin Dağlının anadan olmasının 95 illiyi münasibətilə xatirə gecəsi keçiriləcək.

İctimai Birliyin sədri Qəmər Seyfəddinqızı AZƏRTAC-a bildirib ki, tədbirdə ədibin kitablarından ibarət sərgi açılacaq, həyat və yaradıcılığından danışılacaq və teatrın aktyorlarının ifasında əsərlərindən səhnəciklər təqdim ediləcək.

Xatırladaq ki, Xızıda dünyaya göz açan S.Dağlı bir müddət “Kommunist” və “Ordu” qəzetlərində müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Dövlət Teleradio Komitəsində baş redaktor (1956-1959), Bakı Telestudiyasının direktoru və sədr müavini vəzifələrində çalışıb. Uzun müddət “Kirpi” jurnalının baş redaktoru olub. “Dəniz kəşfiyyatçısı”, “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” pyesləri, “Bahar oğlu”, “Məşəl”, “Sabiqlər” və digər kitabları geniş oxucu kütləsinin rəğbətini qazanıb.

S.Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.