DÜNYA


Görmə əngəllilər üçün “bionik göz”

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

Göz insan üçün ən vacib orqanlardan biridir. Təəssüf ki, aramızda qəza nəticəsində və ya anadangəlmə gözdən əlil olan insanlar var. Belə insanlar zaman-zaman müxtəlif problemlərlə üzləşirlər. Görmə ilə bağlı əngəlləri aradan qaldırmaq və problemlərdən əziyyət çəkən insanlara yenidən görmə imkanı yaratmaq məqsədilə bir sıra araşdırmalar aparılır və artıq buna qismən də olsa nail olunub.

AZƏRTAC “rt.com” saytına istinadla xəbər verir ki, ABŞ-ın Kaliforniya Universitetinin alimləri görmə qabiliyyətini itirmiş 30 yaşlı bir qadının beyninə simsiz çip yerləşdiriblər. Belə ki, eynəyə bərkidilmiş videokamera çəkdiyi görüntüləri kiçik cib kompüterinə ötürür. Sonra kompüterdə hazırlanan görüntülər ötürücü üzərindən beyinə göndərilir. Bu, hələlik ilkin sınaq olsa da, artıq bir çox insanlar üçün vacib həyati əhəmiyyət daşımağa başlayıb.

Alimlər ümid edirlər ki, bu yenilik bir çox görmə əngəlli insanlar üçün faydalı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.