MƏDƏNİYYƏT
Görüşdə institutda saxlanan qədim əlyazmaların toplanması, qorunub saxlanılması və tədqiqi ilə bağlı məlumat verilib
Rusiya və Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporunun bir qrup rəhbər qadın üzvləri Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, görüşdə institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov bu elm müəssisəsində saxlanan qədim türkdilli, farsdilli, ərəbdilli əlyazmaların necə toplanması, qorunub saxlanılması, araşdırılması, tədqiqi və nəşri haqqında məlumat verib.
İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli elm və mədəniyyət xadimlərinin yaradıcılığına aid biblioqrafik məlumatların toplanması, oxucu kataloq-kartotekasının tətbiqi, nizama salınması, yenilənməsi və digər məsələlər haqqında ətraflı söz açıb. O, qonaqlara yeni çap olunmuş ikicildlik “Heydər Əliyev: Müstəqilliyimiz əbədidir” elmi-biblioqrafik göstəricisini hədiyyə edib.
Sonra qonaqlar institutun əməkdaşları ilə görüşərək fikir mübadilələri də aparıblar.