REGİONLAR


Göyçay Taekvando Məktəbinin 4 idmançısı “Avstriya open” turnirində medal qazanıb

Göyçay, 5 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC

Göyçay Taekvando Məktəbinin idmançıları növbəti beynəlxalq yarışda mükafatlar qazanıblar.

Məktəbin baş məşqçisi Kazım Kazımov AZƏRTAC-a bildirib ki, hazırda Azərbaycanın taekvando üzrə yeniyetmə və gənclərdən ibarət milli yığma komandasının 39 üzvü “Avstriya open” beynəlxalq turnirində iştirak edir. Yığma komandanın heyətində yer alan və bu mötəbər yarışda uğurla iştirak edən Göyçay Taekvando Məktəbinin 5 yetirməsindən 4-ü mükafat qazanıb. Ümumilikdə, 40-a yaxın ölkədən 500-dən çox idmançının iştirak etdiyi beynəlxalq turnirdə Yaşar Məmmədli (45 kq) qızıl, Ofeliya Allahverdiyeva (41 kq), Zalikə Babayeva (49 kq) və Nərmin Süleymanova (52 kq) isə bürünc medal əldə ediblər. Yalnız Aysu Məmmədova (37 kq) yarışı məğlubiyyətlə başa vurub. İdmançıların sabah Vətənə qayıdacağı gözlənilir.

Əldə edilən bu nəticələri Göyçay Taekvando Məktəbinin böyük uğuru kimi qiymətləndirən baş məşqçi Kazım Kazımov onu da bildirib ki, Azərbaycan çempionu, klublararası Avropa birinciliyinin bürünc medalçısı Ofeliya Allahverdiyeva ötən ay Yunanıstanda keçirilən “Prezident Kuboku” yarışlarında qızıl medal qazanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.