REGİONLAR


Göyçay məktəbliləri Quba, Qusar və Xaçmaz rayonlarına yola düşüblər VİDEO

A+ A

Göyçay, 17 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Göyçay məktəbliləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola çıxıblar.

AZƏRTAC xəbər verir ki, noyabrın 17-də səhər saatlarında şagirdlər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Rayon ictimaiyyəti nümayəndələrinin, valideyn və müəllimlərin iştirak etdiyi yolasalma mərasimində çıxış edən Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova bildirib ki, tur-aksiya yeni nəslin vətənpərvərlik ruhunun formalaşmasında, ölkəmizin hər guşəsinin tanıdılmasında böyük rol oynayır. Bu, həm də Prezident İlham Əliyevin gənc və yeniyetmələrə qayğısının əyani təzahürüdür. R.Rəcəbova gəncləri bu fürsətdən faydalanmağa, bölgələr haqqında dərin məlumatlar əldə etməyə çağırıb.

Mərasimdə respublikamızda gənc nəslin təlim-tərbiyəsi istiqamətində görülən işlərdən də danışılıb.

Qeyd olunub ki, ekskursiya çərçivəsində şagirdlər Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri, tarixi, mədəni abidələr, yeni və müasir binalar, qoruqlar, park və xiyabanlar, turizm məkanları ilə yaxından tanış olacaq, musiqili-əyləncəli proqramlarda iştirak edəcəklər.

Dörd gün davam edəcək tur-aksiyada şagirdləri 4 nəzarətçi müəllim və bir həkim müşayiət edəcək.

Məktəblilər musiqi sədaları altında xüsusi avtobusla yola salınıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.